Azərbaycan inkubasiya yumurtalarının əhəmiyyətli bir hissəsini hər zaman xaricdən idxal edib və xüsusilə son illər bu məsələnin həlli yollarının müzakirə edilməsi zəruri hal alıb.
Mövcud vəziyyətdən qaynaqlanaraq maliyyə, kənd təsərrüfatı, tikinti, Agritech (aqrar texnologiyalar) və R&D üzrə (araşdırma və inkişaf) təcrübəyə malik Azərbaycan və İsraili təmsil edən beş dövlət və özəl müəssisə yüksək keyfiyyətli inkubasiya yumurtaları istehsal edəcək və aparıcı yerli istehsalçı olacaq birgə müəssisə yaratmaq haqda razılığa gəlmişlər.
Qurucu təşkilatlar:
Azərbaycandan:
- Şəxsi kapital, vençur kapitalı və ictimai bazarlar üzrə ixtisaslaşmış özəl investisiya şirkəti Moonwake.
- Azərbaycanın qeyri-neft sektoruna kapital qoyuluşlarında liderlik edən Azərbaycan Dövlət İnvestisiya Şirkəti.
- “Mərcan” brendi altında yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz toyuq məhsulları istehsal edən Azerbaijan Poultry Company MMC.
İsraildən:
- Agrigo Group, şaquli heyvandarlıq və quşçuluq inteqrasiyaları, akvakultura təsərrüfatları, ağıllı yetişdirmə və dərin emal texnologiyaları və yüksək proteinli yem həlləri daxil olmaqla aqro-sənaye layihələri üçün qlobal EPCM inteqratoru.