Biz kimik

Moonwake Investment, həm Azərbaycanda, həm də dünyada özəl və vençur kapitalı layihələrinə, eləcə də qlobal qiymətli kağızlar bazarına investisiya yatıran özəl şirkətdir.

Şirkət Azərbaycanda müxtəlif sektorları əhatə edən 20-dən çox layihəyə investisiya yatırmış, bunlardan kənd təsərrüfatı, IT, təhsil, logistika, daşınmaz əmlak və əyləncə kimi sahələrdə nəzərəçarpan təcrübəyə malikdir.

İnvestor olaraq məqsədimiz, həvəsli və etibarlı tərəfdaş-investorlar tərəfindən idarə edilən ən cəlbedici biznes imkanlarını müəyyənləşdirmək və seçmək, davamlı şəkildə tam potensiallarına çatmalarını təmin etmək və beləliklə, yalnız biznes sahiblərinə mənfəət qazandırmaq deyil, eləcə də yaşadığımız cəmiyyət üçün dəyər yaratmaqdır. Biz bunu ağlabatan və məsuliyyətli şəkildə investisiya layihələrini cəlb etməklə, yüksək keyfiyyətli mütəxəssisləri işə götürməklə və gördüyümüz hər bir işdə ən yüksək mükəmməllik standartlarına cavab verməklə həyata keçiririk.

Hazırda bizim üç əsas
investisiya istiqamətimiz var:

Özəl Kapital

Biz portfel şirkətlərimizlə çiyin-çiyinə işləyərək, genişlənmələri üçün onları kapitalla təmin edərək, eləcə də tətbiq etdikləri strategiyalar üzrə məsləhətlər verərək onlara əlavə dəyər yaratmış oluruq.

Biz kiçik və orta ölçülü bizneslərdə adətən minoritar iştirak paketini, çox nadir hallarda isə nəzarət paketini əldə edirik. Biz biznesin inkişafında, optimal biznes strategiyasının işlənib hazırlanmasında, eləcə maliyyə idarəetməsinin və nəzarətinin, hesabatların və həvəsləndirici mükafatlandırma proqramlarının tətbiq edilməsində aktiv iştirak edirik. Bundan əlavə, MW daim portfel şirkətləri arasında sinerji imkanları axtarır, eləcə də öz nəzarəti altında olan bizneslərə uzun müddətli müsbət təsirin təmin edilməsi məqsədilə ölkə daxilində və xaricində öz peşəkar şəbəkəsini bu işə cəlb edir.

Vençur Kapitalı

Biz yüksək texnologiya startaplarına erkən, gec və İlkin Açıq Təklifədək olan (pre-IPO) mərhələlərdə investisiya yatırırıq. İndiyə qədər ABŞ və Asiya startaplarına bir neçə investisiya yatırımı həyata keçirmişik. Biz, eləcə də yerli vençur studiyalarını və akseleratorlarını dəstəkləməklə, aktiv şəkildə Azərbaycanda marağımızı cəlb edəcək startaplar axtarırıq.

Qiymətli Kağızlar Bazarı

Bu növ investisiyalar üçün biz fundamental təhlillərə, investisiya dövrlərinin və mütəmadi olaraq güclü və zəif səhmlərin müəyyənləşdirilməsinə əsaslanan intizamlı yanaşma tətbiq edirik. Vəziyyəti dəyişəcək hadisələri qabaqcadan müəyyən etmək, onlar bazara təsir etməzdən öncə müvafiq tədbirlər görmək üçün çox çalışırıq.