İnvestisiya strategiyamızın əsas prinsipi, uzun müddət fəaliyyət göstərən və ya yeni təsis edilmiş bizneslərini market çempionlarına çevirmək üçün uzun müddətli kapital və strateji tərəfdaş axtaran sahibkarlarla əməkdaşlıqdır. Biz portfel şirkətlərin rəhbərliyi ilə birlikdə çalışaraq şirkətləri marketin aparıcı bizneslərinə çevirmək üçün dəqiq hədəflər müəyyən edirik.
Məqsədimiz, resurslarımızı davamlı pul vəsaitləri hərəkəti və yüksək kapital gəliri yaratmaqla güclü bazar mövqeyinə sahib olmaq potensialına və etik biznes yanaşmasına malik şirkətlərə yönəltməkdir. Onu da qeyd etmək lazımdır ki, biznesə maddi töhvə vermək, müvafiq idarəedici tərəfdaş təcrübəsinə malik olmaq, ən əsası isə ümumi dəyərlərə, xüsusilə də dürüstlüyə yüksək səviyyədə riayət etmək, MW ilə tərəfdaş olmaq üçün vacib amillərdir.