Moonwake Investment

Azərbaycanda və dünyada özəl və vençur kapitalı layihələrinə investisiya yatırır.

Biz kimik

Biz 3 investisiya istiqaməti
üzrə ixtisaslaşmışıq

Dəyərlərimiz

Dəyərlərimiz bizə ümumi məqsədə
doğru addımlamağa və əsas missiyamıza
daha tez çatmağa kömək edir

  • Təsir

    Gördüyümüz işlərin müxtəlifliyini, o cümlədən qarşımıza çıxan çoxsaylı imkanları nəzərə alsaq, təsir yaratmaq istəyi diqqətimizi cəmləməyə və səylərimizi yalnız müsbət dəyişikliklərə səbəb olmaq məqsədi daşıyan fəaliyyətlərə kökləməyə kömək edən vacib dəyərdir. Hər gün işlərimizə istər maddi, istərsə də qeyri-maddi təsir göstərmək sayəsində dəyər yaratmaq ideyası ilə ofisə daxil oluruq.

  • Güvən

    Düzgün və davamlı fəaliyyət göstərməyimiz üçün son dərəcə vacib amil olduğuna inandığımız üçün güvənin şirkət olaraq bütün münasibətlərimizdə qarşılıqlı asılılığımızı qiymətləndirən və ifadə edən vacib bir dəyər olduğunu hesab edirik.MW şirkətində müntəzəm olaraq geri dönüş (feedback) mədəniyyətini inkişaf etdiririk, bir-birimizi əlimizdən gələn qədər səy göstərməyə ilhamlandırır və bir yerdə daha da irəliləməyə və inkişaf etməyə çalışırıq – güvən geri dönüş etməyin və almağın təməlini təşkil edən dəyərdir.

  • Dürüstlük

    Gördüyümüz hər bir işi birmənalı olaraq doğruluq və dürüstlüklə həyata keçirmək biznesimizin əsasını təşkil edir. Güclü etik və mənəvi prinsiplərə malik olmaq və onlara hər zaman riayət etmək istər işçilərimizdə, istərsə də əməkdaşlıq etdiyimiz digər tərəflərdə axtardığımız ən vacib özəlliklərdir.

  • Fikrini bildir

    MW şirkətində çalışma müddətindən və ya ümumi təcrübəsindən asılı olmayaraq,  hər bir işçinin öz fikrini və ideyalarını bölüşmələri nəinki xoş qarşılanır, eləcə də bu onlardan tələb edilir. Belə yüksək kadr potensialının olduğu bir mühitdə hər bir həmkarımızın fikri və ideyası şirkətin müvəffəqiyyəti üçün son dərəcə önəmlidir və belə bir şəraitin yaradılması üçün əlimizdən gələni edirik.

  • Davamlı öyrənmə

    Bizim kimi sürətlə inkişaf edən şirkətlərin uğuru öz komfort zonasını tərk etməyi bacaran, daha da irəliləmək və mümkün ən yaxşı mövqeni əldə etmək üçün öz zəif cəhətlərini görə bilən  hərtərəfli insanlardan asılıdır. Biz qəti şəkildə inanırıq ki, işçilərimizin davamlı olaraq öyrənmələri, dəyərli mütəxəssislərin cəlb edilməsi və saxlanılması üçün həlledici amildir. Bu səbəbdən, həm iş yerində həm də işdən kənarda təlimlər keçməklə, işçilərimizin öyrənmələri və peşəkar olaraq inkişaf etmələri məqsədilə onları hər bir imkanla təmin etmək üçün əlimizdən gələni edirik.

  • Mükəmməllik

    Mükəmməllik bizim DNT-mizdədir. Biz gördüyümüz hər bir işdə ən yüksək keyfiyyətə nail olmağa və yüksək standartlara cavab verməyə çalışırıq. Hər gün müntəzəm olaraq bunun üzərində çalışır və mükəmməlliyin bizi digərlərindən fərqlənməyə, yaxşı şirkətdən möhtəşəm şirkətə çevrilməyimizə vəsilə olan həlledici faktor olduğuna inanırıq.

  • Təşəbbüskarlıq və sahibkarlıq

    Şirkət olaraq gözlənilən hadisələri öncədən görmək,  hərəkət etmək, təşəbbüs göstərmək, onlara qarşı hazırlıqlı olmaq və cavab tədbirləri görmək bizim üçün vacibdir. MW-də imkanların bizi gəlib tapmasını gözləmirik, əksinə, istər səhmdarlarımız, istər müştərilərimiz, istərsə də işçilərimiz və ya digər maraqlı tərəflər üçün davamlı olaraq daha çox dəyər qatmağın, inkişaf etməyin və yaratmağın yollarını axtararaq özümüz üçün imkanlar üzə çıxarırıq.

Bizimlə tərəfdaşlıq

Biznesə tövhə, müvafiq təcrübə və ümumi dəyərlər

MW ilə tərəfdaşlıq üçün lazım olan əsas meyarlar bunlardır. Biz portfel şirkətlərimizin rəhbərliyi ilə birlikdə şirkətləri bazarda lider şirkətlərə çevirmək üçün dəqiq müəyyən edilmiş məqsədləri müəyyənləşdiririk

Daha çox oxu

Biz nə edirik

MW-da biz tək vəsait yox, həm də
vaxtımızı, təcrübəmizi və biliklərimizi qoyuruq

  • Menecment konsaltinqi

    Biz menecmentlə müntəzəm qarşılıqlı əlaqədə olmaqla investisiya yatırdığımız bizneslərə əlavə dəyər yaradırıq.

  • Korporativ idarəetmə

    Düzgün korporativ idarəetmənin qurulması, portfel şirkətlərimizlə olan əlaqələrimizin əsas prioritetlərindən biridir.

  • İş yerində təlim

    Müxtəlif biznes sektorlarından olan investisiya yatırdığımız şirkətlərlə sıx qarşılıqlı əlaqələrin qurulması komandamızın peşəkar inkişafına da töhfə verir.

  • İnsan kapitalı

    Biz inanırıq ki, insanlar uğurumuzun təməlidir. Bütün şirkətlərimizdə insan kapitalına investisiya yatırmaq əsas prioritetlərimizdən biridir.

Media

Ən son xəbərlərdən xəbərdar olun

Ən son press-relizlərimizi oxuyun

Bütün xəbərlər