Yarım əsrlik tarixə malik dünyaca məşhur Britaniya brendi Costa Coffee nəhayət Azərbaycana gəldi. Azərbaycanda françayzinq hüquqlarının sahibləri ISR Holding və Moonwake investisiya şirkətidir.
Beş il ərzində şirkət Azərbaycandakı şəbəkəsini 30 qəhvəxanayadək genişləndirməyi və 200-dən çox insanı işlə təmin etməyi planlaşdırır. 2023-cü ildə Costa Bakının üç ən böyük ticarət mərkəzində — Deniz Mall, Nargiz Mall və Gənclik Mall-da fəaliyyətə başlayacaq.